Salyan rayonunda quldurluq cinayəti törədilib.
Globalinfo.az xəbər verir ki, hadisə Salyan şəhərində Gülməmmədova Elnarə Pənah qızına məxsus evdə baş verib. Evə daxil olan iki nəfər maskalı şəxs qadını yaxalayaraq boğazına bıçaq dirəyiblər.
Onlar E.Gülməmmədovadan qızıl və pul tələb ediblər. Bu zaman qadının qışqırdığını görən basqınçılar evi tərk edərək qaçıblar.
Hadisə barədə dərhal polisə məlumat verilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslərdən biri – Aydın Nəzərov tutulub. Onun barəsində başqa cinayət işinin olması də məlum olub.
Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Zaira
Globalinfo.az














