Salyan rayonunun Qardili kəndində ümumi sahəsi 300 m² olan tövlənin, yaxınlıqda sahəsi 200 m² olan talvarın yanar konstruksiyaları və talvarın içərisinə yığılan 7 ton ot bağlaması yanıb.
Bu haqda Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda həmçinin bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, Şikarov Eyyub Bayram oğluna məxsus fermada ot tayası anidən alovlanıb. Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib.
İlkin məlumata görə, yanğın zamanı təsərrüfat sahibinə məxsus 45 baş iribuynuzlu heyvan, 7 ədəd ot bağlaması yanıb.
Hazırda alov lokallaşdırılıb, yanğının söndürülməsi davam edir.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.














