
Salyan rayonunda avtomobil kanala aşması nəticəsində üç nəfər həlak olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.
QAZ-3111 markalı maşının su kanalına aşması nəticəsində sürücü, Parça Xalac kənd sakini, 54 yaşlı Sərraf Abbasağa oğlu Qafarov, sərnişinlər, 36 yaşlı Camal Mürşüd oğlu Dəmirov və 38 yaşlı Ramiq Vahid oğlu Həsənov hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.














