xestexana 1

Dünən saat 17:30 radələrində 2015-ci il təvəllüdlü şəxs (kişi) ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    “Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 05.01.2026-cı il tarixində saat 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib”, deyə məlumatda qeyd olunub.

    X X X

    Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

    Globalinfo.az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub.

    Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

      Faktla bağlı araşdırma aparılır.

      Foto “Qafqazinfo”ya məxsusdur:

      salyanda-11-yasli-oglan-iyneden-soka-dusub-oldu

      Elcan Nəcəfov

      Paylaş: