Şallenberq NATO məsələsinə aydınlıq gətirdi

Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək.

Globalinfo.az xəbər verir ki, Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bu barədə ORF radiosunun efirində deyib. “Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Aleksander Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etmir.