Salam Sarvan reanimasiyadan palataya köçürüldü – YENİLƏNDİ

Şair Salam Sarvanın əməliyyatı uğurlu olub, reanimasiyadan palataya köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, əməliyyat prosesi uzun çəkib.

“İndi yaxşıyam. Artıq palataya köçürülmüşəm. Müalicə prosesi davam edir. Yəqin ki, bir həftə, on gün burada olaram”.

***12:55

Səhhətində ciddi problemlər yaranan tanınmış şair Salam Sarvanın 10 saatlıq əməliyyatı uğurla başa çatıb.

Globalinfo.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə şairin yaxınları məlumat verib.

“Əməliyyat uğurla keçdi. Hələlik reanimasiyadadır. Həkimlər bir neçə gün burada qalmasını məsləhət görüblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanmışdı. Əvvəlcə həkimlər əməliyyatın riskli olduğunu bildirsələr də, müayinələrdən sonra onun yenidən əməliyyat şansı olduğuna qərar verilib.