Şair Zahir Abbasın yeni kitabı çapdan çıxdı – FOTOLAR

Şair Zahir Abbasın yeni kitabı çapdan çıxdı - FOTOLAR

Sumqayıt şəhərində, Poeziya Evində ziyalıların, şairlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tanınmış şair Zahir Abbasın “Mən sənə qəlbimdə yer saxlamışam” adlı növbəti kitabının təqdimatı və imza günü keçirilib.

Globalinfo.az xəbər verir ki, bundan əvvəl şairin “Xəbər gətir” (2000), “Unuda bilmədim” (2002), “Sənsiz yaman darıxmışam”(2005), “Yuxuma gəl”(2007), “Mən nədən sevmədim vaxtında səni”(2009), “Vətən”(2009), “Sən gəlməz oldun”(2012), “Ömürlük sevgi yaram”(2014), “Gizli dünyam” (2018) şeirlər kitabları oxucuların stolüstü kitabına çevrilib.

Əminik ki, sözügedən kitab da əvvəlki kitablar kimi geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

Redaksiya heyəti adından şairi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Şair Zahir Abbasın yeni kitabı çapdan çıxdı - FOTOLAR Şair Zahir Abbasın yeni kitabı çapdan çıxdı - FOTOLAR

Globalinfo.az