Şahramanyan Sərkisyanla görüşdə nə deyib? – Qarabağ detalı

“Mövcud situasiyada “artsax prezidenti” Samvel Şahramanyanla görüşlərim baş tutub”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan deyib.

Sərkisyan “Şahramanyanın Qarabağla əlaqəli imzaladığı sənədin ləğv olunması” dedikdə başqa qərarın nəzərdə tutulduğunu bildirib:

“O həmin fikirləri oktyabrda imzalanan və əvvəlki fərmanla əlaqəsi olmayan başqa bir sənədlə bağlı səsləndirmişdi. Düşünürəm ki, Samvel Şahramanyan xalqımızın xeyrinə fəaliyyət göstərəcək. İnanıram ki, təkbaşına “artsax”ın ləğvi qərarını verə bilməyəcəyini anlayıb, həll yolu tapacaq”.

Ayşən Mustafa
Globalinfo.az