sahramanyan separat

Ötən il sentyabrda keçirilən əməliyyatlardan sonra Qarabağdan Ermənistana köçən keçmiş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan ortaya çıxıb. 

Globalinfo.az xəbər verir ki, o, bu gün Rusiyanın Ermənistandakı səfirliyinə gedib.

Martın 22-də Moskvada yerləşən “Krokus Siti Holl”da baş verən terror nəticəsində ölənlərin xatirəsinə Rusiyanın Ermənistandakı səfirliyində ürək sözləri və başsağlığı üçün dəftər açılıb.

Səhər saatlarından etibarən bir sıra Ermənistan rəsmiləri səfirliyi ziyarət edərək öz diləklərini dəftərə yazıblar. Samvel Şahramanyan da onların arasında olub. Onun dəftərə başsağlığını yazdığı anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

afa6dea9 ce79 4c8f 8b92 2b4d3ed47e7c

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: