Şahin Bağırov polkovniki təqaüdə göndərdi – FOTO

Şahin Bağırov polkovniki təqaüdə göndərdi - FOTO

Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.  

Globalinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Şahin Bağırov polkovniki təqaüdə göndərdi - FOTO