Şahin Bağırov müavininin rütbəsini artırdı – FOTO

Şahin Bağırov müavininin rütbəsini artırdı - FOTO

Dövlət Gömrük Komitəsinin sədrinə yeni təyin olunan müavin Fuad Məmmədovun rütbəsi artırılıb.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib. O iki ay əvvəl vəzifəyə təyinat alanda rütbəsi mayor idi.

Qeyd edək ki, Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Şahin Bağırov mayor olan müavininin rütbəsini polkovnikə qaldırdı - FOTO

Fuad Məmmədov