Yağış yağıb, külək güclənib – Faktiki hava

Yağış yağıb, külək güclənib - Faktiki hava

Oktyabrın 26-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

***10:37

Oktyabrın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.

Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.