690ba1840d736690ba1840d7371762369924690ba1840d734690ba1840d735 22

“Bu gün gözəl Bakı şəhərində əziz qardaşım, Prezident İlham Əliyevlə və marşal Səid Asim Munirlə görüşmək mənim üçün böyük xoşbəxtlik və şərəf oldu.”

Globalinfo.az xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif öz “X” hesabında yazıb.

O Azərbaycanın Zəfər Günü münasibətilə ölkə rəhbərliyini, xalqını və hökumətini səmimi qəlbdən təbrik etdiyini, sabahkı möhtəşəm paradı səbirsizliklə gözlədiyini bildirib.

“Görüş zamanı ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq münasibətlərini nəzərdən keçirdik və ticarət, enerji, nəqliyyat əlaqələri, həmçinin müdafiə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılığa gəldik. Pakistan–Azərbaycan qardaşlığı yaşasın!”, – baş nazir əlavə edib.

Paylaş: