Şabranda ana və qızı bıçaqlandı

Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, rayon sakinləri – 1967-ci il təvəllüdlü Kərimova Səadət Nurməmməd qızı və onun qızı, 1992-ci il təvəllüdlü Kərimova Sədaqət Hüseynalı qızı bıçaqlanıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin başvermə səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.