Sabirabadda qadın güllələndi: qardaşı tutuldu – Təfərrüat

Sabirabadda qadın güllələndi: qardaşı tutuldu - Təfərrüat

Sabirabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qardaşkənd kəndində baş verib.

Qətl hadisəsini törətməkdə şübhəli bilinən kənd sakini, 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov subay olub və valideynləri ilə bir evdə yaşayırmış. Qətlə yetirilən bacısı 1983-cü il təvəllüdlü Ülviyyə Xudaverdi qızı Məmmədova isə bir neçə il əvvəl ilk dəfə kənd sakini ilə ailə həyatı qursa da, bir müddətdən sonra boşanıb. O, iki il əvvəl Bakı şəhərində tanış olduğu oğlanla yenidən ailə həyatı qurub. Amma Ülviyyə 6 ay əvvəl ondan da boşanıb və yenidən atasının evinə qayıdıb.

İlkin ehtimala görə bu gün səhər saatlarında M.Məmmədov bacısının yataq otağına daxil olub və bir neçə dəqiqədən sonra otağı tərk edib. O, evdə özünə məxsus ov tüfəngini götürərək yenidən yataq otağına daxil olub və bacısına boğaz nahiyəsindən atəş açıb. Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Dərhal hadisə yerinə polis əməkdaşları gəliblər və M.Məmmədov saxlanılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

***11:51

Sabirabadda qətl törədilib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.