Sabirabadda ağır qəza: 6 nəfər yaralandı

Sabirabadda ağır yol qəzası baş verib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.