Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ailəsi ilə birlikdə parkda gəzən zamanı gözlənilməz hadisə ilə üzləşib.
Globalinfo.az xəbər verir ki, avtomobilinin pəncərəsindən dəvəquşu yedizdirmək istəyən Consonu qəfildən heyvan dişləyib.
Həyat yoldaşı Kerrinin lentə aldığı və sosial şəbəkədə paylaşdığı videoda Boris Consonun dəvəquşu yaxınlaşdıqca əsəbiləşdiyi görünür.
Onların dörd yaşlı oğlu Uilfred atasını quşu yemləməyə təşviq edib. Lakin gözlənilməz hücumla qarşılaşan Conson, “Lənət olsun!”, deyərək geri çəkilib.
Bu reaksiya isə sabiq baş nazirin kiçik oğlunu güldürüb.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram
Embed Instagram Post Code Generator
Günay Rəsulqızı
Globalinfo.az














