Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Globalinfo.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər.
“Sabah” meydanı 4:0 hesablı qalibiyyətlə tərk edib. Son nöqtəni 83-cü dəqiqədə Emmanuel Apeh qoyub.
Bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” xallarının sayını 52-yə çatdırıb. Sonuncu yerdə gedən “Səbail”in isə aktivində 13 xal var.
Turun digər oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”ı öz meydanında (2:0), “Turan Tovuz” isə “Şamaxı”nı səfərdə (1:0) məğlub edib.
Qeyd edək ki, Premyer Liqada XXII turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək.