jdHkUqb0SoO6d3z1MkmHANMTOKnfl2oQLXGpf56A 1200 1

FIFA 2026 Dünya Çempionatının son ¼ oyununa sayılı saatlar qaldı.

Globalinfo.az xəbər verir ki, bu mərhələdə İspaniya yığması Belçika millisi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq. Qarşılaşmanın qalibi dünya çempionatının yarımfinalına vəsiqə qazanacaq.

Qeyd edək ki, İspaniya bu dünya çempionatında qapısından heç bir qol buraxmayıb. Komanda 2010-cu ildən bəri ilk dəfə dünya çempionatının ¼ mərhələsinə uğurla adlamağa çalışır. Həmin il ispanlar turnirin qalibi olublar.

Belçika isə 1/8 finalda mundialın ev sahiblərindən olan ABŞ-ni inamlı oyunla məğlub edib. Belçikalılar sonuncu dəfə 2018-ci ildə dünya çempionatının yarımfinalına yüksəliblər.

Bugünkü qarşılaşmanın qalibi 14 iyulda Dallasda keçiriləcək yarımfinal oyununda Fransa ilə qarşılaşacaq.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: