Sabah Mərkəzi Bank mühüm məsələ ilə bağlı qərarını açıqlayacaq

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.