Fevralın 13-də Yür kürəsində geomaqnit aktivliyi artacaq.
Globalinfo.az xəbər verir ki, gecə yarısından başlayaraq səhər saat 6-ya qədər maqnitosferin həyəcan səviyyəsi yüksələcək.
Mütəxəssislər maqnitosferin sakit olma ehtimalını 19% qiymətləndirirlər. Geomaqnit pozğunluqları 25%, maqnit qasırğası ehtimalı isə 56% təşkil edir.
Alimlər maqnit qasırğasının fevralın 13-dən 14-dək davam edəcəyini proqnozlaşdırırlar.
“Ayın sonunda geomaqnit aktivliyində kəskin yüksəliş baş verəcək. Fevralın 27-dən başlayaraq maqnitosferin həyəcanlanma səviyyəsi qalxacaq və martın 2-dək bu vəziyyətdə qalacaq”, – mütəxəssislər bildiriblər.
Əliyar Xəlil
Globalinfo.az