“Yəqin, Svetlana Tixanovskaya Kiyevə fındıq ağaclarının çiçəklənməsini görmək üçün gedib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, belə səfərlər region ölkələri üçün siyasi sabitlik deyil, əksinə risklər yarada bilər:
“Dövlətlərin rejim dəyişiklikləri ilə bağlı eksperimentlərin nəticəsi ağır ola bilər”.
Qeyd edək ki, S.Tixanovskaya 25 mayda Kiyev gedib. Bu, siyasətçinin Ukrayna paytaxtına ilk səfəridir.
Xatırladaq ki, Tixanovskaya 2020-ci il Belarus prezident seçkilərində Aleksandr Lukaşenkonun rəqibi olub.
Safura Bənnayeva
Globalinfo.az