Sabah bu universitetlərdə dərslər onlayn keçiriləcək – SİYAHI / YENİLƏNİB

Sabah bu universitetlərdə dərslər onlayn keçiriləcək - SİYAHI / YENİLƏNİB

20:23

Sabah UNEC, AzTU və Sumqayıt Dövlət Universiteti (SDU) bütün dərslər onlayn formatda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə universitetlər məlumat paylaşıb.

Xəzər Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetində də dərslər onlayn olacaq.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.

Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək. Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.

Məlumata görə, Bakı Slavyan Universiteti,  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də dərslər onlayn formatda keçiriləcək.

Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində isə dərslər əyani qaydada davam edəcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.