Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.