Sabah Balakən şəhərində 344 abonentin qaz təchizatında fasilə yaranacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Balakən şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən Şindiyev Seymur Abdulməcid oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D76 mm-lik orta təzyiqli qaz xəttinin və D108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin dəyişdirilməsi məqsədilə sabah saat 11:00-dan işlər yekunlaşanadək Yeni Yaşayış massivin bir hissəsində 344 abonentin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.














