Saatlıda Arazda batan 18 yaşlı oğlanın meyiti tapıldı

Saatlıda Arazda batan 18 yaşlı oğlanın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.