Saakaşvili Zelenskidən görün nə xahiş etdi…

Saakaşvili Zelenskidən görün nə xahiş etdi...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Volodimir Zelenskidən onu mülki məhbuslar siyahısına daxil etməsini xahiş edib.

Globalinfo.az xəbər verir ki, Saakaşvili yazıb:

“Mən Ukrayna vətəndaşı və Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədriyəm və sizin rəhbərliyiniz altında xidmət etmək şərəfinə nail oldum. Sizdən xahiş etmək istəyirəm ki, 2019-cu ildə qanunsuz olaraq ləğv edilmiş vətəndaşlığımı bərpa etdiyiniz kimi, məni Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri və Gürcüstandakı Rusiyapərəst rejim tərəfindən qanunsuz olaraq saxlanılan Milli İslahat Şurasının İcraiyyə Komitəsinin sədri kimi müharibənin mülki məhbusları siyahısına daxil edin”, – Saakaşvili məktubunu Facebook-da paylaşıb.

Saakaşvilinin sözlərinə görə, həbsxanadan köçürülməsi səbəbindən 2022-ci ilin mart ayında onu zəhərləyən eyni heyətə qayıtmaq məcburiyyətində qalır.

Çərşənbə günü Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti Saakaşvilinin 2022-ci ilin may ayından bəri saxlandığı klinikadan səhhətinin qənaətbəxş olması səbəbindən həbsxanaya qaytarıldığını açıqlayıb. O, cəzasını Rustavi həbsxanasında çəkməyə davam edəcək.

Əliyar Xəlil

Globalinfo.az