Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hazırkı Prezident Salome Zurabişvilini onun həbsinə etirazını bildirmədiyinə görə tənqid edib.
Globalinfo.az xəbər verir ki, Saakaşvili Zurabişvilini onu susdurmağa çalışmaqda ittiham edib.
“Təəccüblüdür ki, Zurabişvili demokratik Fransada böyüsə də, mənim qanunsuz həbsimə heç vaxt etiraz etməyib. İndi o, Bidzina İvanişvilinin məhkəməsindən tələb edir ki, məni susdursunlar. Onun demokratik platforması budur?”, – M.Saakaşvili bildirib.
Qeyd edək ki, S.Zurabişvili bundan öncə “boz kardinal” Bidzina İvanişvilini kəskin tənqid edərək, onu debata çağırmışdı. Lakin prezident aylardır M.Saakaşvilinin əfv edilməsinə razılıq vermir. Üstəlik, son bir neçə ayda o, parlament seçkisində iştirak üçün müxtəlif qüvvələr yaratsa da, adının Saakaşvili ilə birgə hallanmasından qaçmağa çalışır.
Əliyar Xəlil
Globalinfo.az














