Saakaşvili Qarabağda baş verənlərdən danışdı, mesaj verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qarabağda baş verən son hadisələrə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

“Nə baş verir? Azərbaycan, nəhayət, öz ərazilərinə nəzarəti bərpa edir. Ermənistan yüzillik Rusiya köləliyindən azad olunur.

Ukrayna hərbi və diplomatik cəbhədə uğurla irəliləyir. Gürcüstan isə mütləq olaraq təkcə beynəlxalq subyektliyini deyil, həmçinin bütün bunların nəticəsində öz beynəlxalq dövlət müstəqilliyini itirir. Hərəkətə keçmək vaxtıdır”, – M.Saakaşvili bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az