Saakaşvili ilə bağlı arzuolunmaz qərar

Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilini əfv etməkdən imtina edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili yayıb.

“Mən bunu gözləmirəm, çünki onun mövqeyini bilirəm. Onun mövqeyini dəyişməsinə heç bir səbəb görmürəm”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Saakaşvilinin həbsinə görə Gürcüstan hakimiyyətinə qarşı etirazlar başlayıb. Saakaşvilinin tərəfdarları onun vəziyyətinin ağır olduğunu və eks-prezidentin hakimiyyətin sifarişi ilə həbsdə saxlanıldığını iddia edirlər. Prezident Zurabişvilinin Saakaşvilini əfv etmək imkanı olsa da, birinci bundan yararlanmağa tələsmir. Ekspertlər buna əsas səbəb kimi Zurabişvilinin Qaribaşvili administrasiyasından asılılığını göstərirlər.