Lavrov “ordu göndərək” dedi, Simonyan bu cavabı verdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-nin Ermənistana bir-iki gün ərzində öz missiyasını göndərəcəyinə inanmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, Simonyan bunu jurnalistlərə açıqlamasında deyib.

“Əmin deyiləm ki, bu mümkün olsun. KTMT-də çoxlu fərqli ölkələr var ki, öz maraqlarını izləyirlər. Mən inanmıram ki, onlardan hansısa biri buna veto qoymasın. İndi nə dəyişib? Mən bu məsələyə çox skeptik yanaşıram”, – o vurğulayıb.

Qeyd edək ki, bundan öncə Rusiya XİN rəhbəri Sergey Lavrov KTMT missiyasını bir-iki günə Ermənistana göndərməyə hazır olduğunu açıqlamışdı.

İlkin Həsənov
Globalinfo.az