Saakaşvili ilə bağlı ağrılı VİDEO

CNN telekanalı Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan görüntülərini paylaşıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, kadrlarda sabiq Prezidentin bir neçə dəfə huşunu itirməsi əks olunub.

Görüntüləri CNN-ə Saakaşvilinin amerikalı vəkilinin təqdim etdiyi bildirilib.

Qeyd edək ki, fevralın 6-da məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin cəzasını təxirə salmaqdan imtina edib.