Araikdən Azərbaycanla bağlı etiraf: “Bu belədir, məyusam”

Qarabağ separatçılarının keçmiş başçısı Araik Arutyunyan Avropa İttifaqı və ABŞ-ın regionda baş verənlərlə bağlı mövqeyini tənqid edib.

Globalinfo.az xəbər verir ki, separatçı bu barədə CNN-ə müsahibəsində danışıb.

Arutyunyan Aİ və ABŞ-ın mövqeyinin onu məyus etdiyini bildirib.

O, dolayı yolla Azərbaycanın geosiyasi mövqeyi qarşısında İrəvanın və separatçıların aciz durumda qaldığını etiraf edib:

“Avropa və ABŞ-ın fəaliyyətsizliyinin səbəbi əsasən geosiyasidir. Burada Azərbaycandan enerji asılılığı da rol oynayır”.

Əliyar Xəlil
Globalinfo.az