Saakaşvili yenidən həbs edildi

Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cindjolia sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə prosesi zamanı artıq həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həbsinə qərar verib. Prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az İnterfaks-a istinadən xəbər verir ki, prokurorun tələbi əsasında təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Məhkəmə prosesi zamanı prokuror Qriqol Nişnianidze məhkəməyə verdiyi vəsatətini onunla izah edib ki, Saakaşvili sərhədi qanunsuz keçməsi ilə bağlı şahidlərə təzyiq göstərməyə cəhd edə bilər.

Qeyd edək ki, bundan əvvəl Saakaşvili barəsində beş cinayət işi üzrə heç vaxt ilkin həbs-qətimkan tədbiri seçilməmişdi.

Globalinfo.az