“Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
Tiflis meri bildirib ki, buna səbəb Saakaşviliyə qarşı başqa cinayət işlərinin də açılmasıdır:
“Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır. Zurabişvili belə bir qərar qəbul edərsə də, prezidentin əfv fərmanı o baxımdan mənasını itirəcək və o, azadlığa buraxılmayacaq”.