Bayden hərbçilərin nəşini belə qarşıladı – FOTOLAR

ABŞ prezidenti Co Bayden İordaniyadakı Amerika bazasına hücum zamanı həlak olan 3 hərbçinin nəşini qarşılayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Xatırladaq ki, yanvarın 28-nə keçən gecə ABŞ-ın İordaniyanın şimal-şərqində Suriya ilə sərhəd yaxınlığında yerləşən obyektinin pilotsuz təyyarələrdən atəşə tutulması nəticəsində 3 amerikalı hərbçi həlak olub, təqribən 40 nəfər yaralanıb.

Co Bayden daha sonra hücumların “İranın dəstəklədiyi radikal silahlı qruplar” tərəfindən həyata keçirildiyini bildirib.

No description available.No description available.

Leyla Əlisoy
Globalinfo.az