
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi İslam Respublikasının ali lideri Əli Xameneinin ölümünə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə özü video müraciət yayıb.
“Zamanın Zəhakı öldü, bu, böyük milli bayramın başlanğıcıdır, amma yolun sonu deyil”.
O, həmçinin bildirib ki, İran xalqı İslam Respublikasının tam süqutunu istəyir.
Rza Pəhləvi insanları öz təhlükəsizliklərini qorumağa çağırıb.
Hərbçilərə də müraciət edərək onları xalqla birləşməyə dəvət edib.
Safura Bənnayeva
Globalinfo.az