Türkiyədə sosial şəbəkələrdən biri bağlanır

Feysbuk, İnstaqram və Vatsap-ın sahibi “Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq.

Globalinfo.az xəbər verir ki, buna səbəb Rəqabət Qurumunun qərarıdır. Şirkət qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, – deyə şirkətdən vurğulanıb.

Qeyd edilir ki, istifadəçilər “Threads” profillərini dondura, yaxud tamamən silə biləcəklər. “Threads” Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçən insanların paylaşımları yenidən görünəcək.