Çexiya prezidentindən Zelenskiyə unikal hədiyyə – FOTO

Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenskiyə tapança hədiyyə edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı P.Pavel öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, qəhrəmanlığa hörmət əlaməti olaraq V.Zelenskiyə əfsanəvi “CZ 75” markalı tapança bağışlayıb.

Bununla belə, Çexiya Prezidentinin sözügedən silahı Zelenskiyə hədiyyə etdiyi tarix açıqlanmayıb.

Qeyd edək ki, “CZ 75” markalı tapança 1975-ci ildə yaradılıb və həmin dövrdən bu yana bütün dünya üzrə istifadə olunur.