Ağ Evin mətbuat katibi Karolin Livitt rüsumların tətbiqində fasilənin nəzərdə tutulması barədə xəbərləri təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.
“Bu xəbərlər feykdir”, – Livitt qeyd edib.
***
19:20
Tramp Çin istisna olmaqla bütün ölkələr üçün rüsumların 90 günlük dayandırılmasını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb və mənbə kimi ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassettin açıqlamasına istinad edib.
Hassettin sözlərinə görə, bu addım Trampın potensial iqtisadi strategiyasının bir hissəsi kimi dəyərləndirilir və onun məqsədi ABŞ iqtisadiyyatını gücləndirmək, eyni zamanda Çinlə ticarət münasibətlərində daha sərt mövqe nümayiş etdirməkdir.
Trampın ilk prezidentliyi dövründə (2017–2021) ABŞ-ın Çinlə ticarət münasibətləri xeyli gərginləşmiş, bir sıra mallara yüksək gömrük rüsumları tətbiq olunmuşdu. Hazırda ikinci prezidentlik dönəmində də eyni münasibət nümayiş etdirilir.
Bu təşəbbüsün – 90 günlük dayandırılmanın həyata keçirilməsi dünya ticarətində balanslara da təsir göstərə bilər, xüsusilə də Avropa İttifaqı və digər ixrac yönümlü ölkələr üçün müsbət nəticələr verə bilər.
Aysel Əliyeva
Globalinfo.az














