Rüsum qalmaqalı: Trampla Trüdo nə danışdı?

Rüsum qalmaqalı: Trampla Trüdo nə danışdı?

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.

ABŞ Prezidenti Baş nazir ilə tətbiq edilən rüsumlar barədə müzakirələr apardığını bildirib.

“Bir qədər əvvəl Castin Trüdo ilə danışdım. Bu gün yerli vaxtla 15:00-da yenidən danışacağıq”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ Meksika və Kanadadan idxal olunan məhsullara 25, Çindən idxala isə 10 faiz rüsum tətbiq edib. Bunun cavabında Kanada da ABŞ-a rüsum tətbiq edəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az