“Turan batalyonu” yaradıldı, Putinə müraciət edildi – VİDEO

 

Ukrayna ordusunun tərkibində “Turan batalyonu” yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Teleqram sosial şəbəkəsinin Ukrayna seqmentində paylaşılıb.

Batalyonun təsisçiləri artıq bununla bağlı videomüraciət də yayımlayıblar. Onlar Rusiya Prezidenti Vladimir Putinin türk xalqlarına qarşı xüsusi əməliyyat adı altında soyqırım apardığını, buna görə də sonuna qədər döyüşəcəklərini bildiriblər:

“Ramzan Kadırov islamın arxasında gizlənərək cihad elan edir. İslam bizim üçün müqəddəsdir, bizim müqəddəsimizlə oynamaq lazım deyil. Biz Kadırovun şeytan rejimini, Putinin imperiya rejimini məhv edəcəyik. Biz hər gün mübarizə aparacağıq, biz sizi həm daxildən, həm də xaricdən vahiməyə salacağıq. Yaşasın Turan!”

Yeni yaradılan batalyonun rəhbərinin Qırğızıstan vətəndaşı Almaz Kudabek oğlu olduğu vurğulanıb. Onun Ukraynada müharibənin əvvəlindən döyüşdüyü, hətta buna görə Bişkekdə haqqında cinayət işi açıldığı da qeyd olunub. Üstəlik, yeni “Turan batalyonu”nda təkcə Mərkəzi Asiya təmsilçiləri yox, azərbaycanlıların da olduğu bildirilib.

Qeyd edək ki, fevral 24-də Ukraynada müharibə başlayandan Rusiyanın türk respublikalarının nümayəndələri ölüm sayına görə federasiyada ilk sıralarda yer alır.