Ruslara vaxt verildi: Yeni əmr var, hücum olacaq

Ruslara vaxt verildi: Yeni əmr var, hücum olacaq

Rusiyanın Donbasda həyata keçirdiyi hücumlar yaxın aylarda pik həddə çatacaq.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Müharibə Tədqiqatları İnstitutu çıxış edib.

Məlumata görə, Rusiya hərbi komandanlığı hərbçilərə 2024-cü il payızın sonlarına qədər taktiki uğurlar qazanmağı əmr edib:

“2025-ci ilin payız və qış aylarında hava şəratinin pisləşməsi piyadaların hərəkət manevrlərini çətinləşdirəcək. Rusiya hərbçiləri yəqin ki, Ukraynanın şərqində hücum təzyiqlərini saxlamağa çalışacaqlar”.

İnstitut bildirir ki, rusiyalılar “Yay 2024” hücum əməliyyatı üçün hazırladıqları rezervlərin çox hissəsini artıq itiriblər. Yaxın aylarda bu əməliyyatın özünün kuliminasiyasına çatacağı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az