ruslar

Almaniya ruslara qarşı tətbiq edilən məhdudiyyətlərlə bağlı xəbərlərə aydınlıq gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfirliyi məlumat yayıb.

“Biz Rusiya vətəndaşlarına viza verilməsinə yeni məhdudiyyətlər tətbiq etməmişik. Medianın yazdığı məhdudiyyətlər üç il əvvələ aiddir. Söhbət 2022-ci ildən gedir”, – deyə bildirilib.

Sentyabrın 14-də RTVI televiziya kanalı Almaniya səfirliyindəki mənbələrə istinadən qeyd edib ki, Ukrayna münaqişəsi səbəbindən Almaniya ruslara Şengen və milli vizaların verilməsi qaydalarını sərtləşdirib.

*** 10:00

Almaniya ruslar üçün viza verilməsi qaydalarını sərtləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə RTVI telekanalı Almaniyanın Moskvadakı səfirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Ukraynadakı münaqişə Avropa İttifaqı () üçün artan təhlükəsizlik riskləri yaradır. Bu səbəbdən Almaniya hökuməti ruslara viza verilməsi meyarlarını sərtləşdirməyə qərar verib”, – deyə bildirilib.

Daha əvvəl “Politico” nəşri yazmışdı ki, Avropa İttifaqı dekabrın sonunda Rusiya və digər “düşmən ölkə” vətəndaşları üçün viza tələblərini sərtləşdirmək üçün tövsiyələr dərc etməyi planlaşdırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: