Rus ordusu irəlilədi: yeni ərazilər tutuldu

Rusiya ordusu Xarkov vilayətinin İvanovka, Donetsk vilayətinin Netaylovo kəndlərini nəzarəti altına alıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Beləliklə rus ordusunun Xarkov istiqamətində daha əlverişli mövqelər tutduğu açıqlanıb.

Həmçinin Donetsk istiqamətində mövqelərin möhkəmləndiyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az