Ruslar Ukrayna ərazisinə raket atdı: ölənlər var – YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bildirilib ki, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması səbəbindən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb.

Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, Rusiya Ukraynaya “Kinjal” hipersəs raketləri ilə zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında yüksək dəqiqlikli uzaqmənzilli dəniz və hava bazalı silahlardan, o cümlədən “Kinjal” hipersəs raket kompleksindən Ukraynanın hərbi sənaye kompleksi obyektlərinə zərbə endirilib.

***10:03

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb.

Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitsin, Zaporojye, Çerniqov istiqamətində də raketlər buraxılıb.

TASS-ın məlumatına əsasən, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini zərərsizləşdirib.