Paşinyan ƏIiyevlə danışığının detallarını açdı – Ruslan məsələsi…

“Azərbaycanla Ermənistan arasında razılaşma əldə olunub ki, yolu itirərək qarşı tərəfə əsir düşən əsgərlər qısa müddətdən sonra geri qaytarılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirilən mətbuat konfransında deyib.

Baş nazir yaxın zamanda Ermənistana əsir düşən azərbaycanlı əsgərin niyə Bakıya qarşılıqsız şəkildə təhvil verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“Ötən dövrdə müzakirələr zamanı biz Azərbaycan Prezidenti ilə qarşılıqlı olaraq bir daha təsdiq etdik ki, sərhədi qanunsuz keçən şəxsin qəsdən, yoxsa çaşqınlıq nəticəsində bunu etdiyi aydınlaşdırılacaq. Əgər həmin şəxs yolu azaraq sərhədi keçibsə, geri qaytarılmalıdır. Ermənistan Respublikasının istintaq orqanları Azərbaycan vətəndaşı ilə bağlı araşdırma apararaq obyektiv nəticəyə gəldilər. O, ölkə ərazisində hər hansı cinayət törətməmişdi”.

Xatırladaq ki, bir müddət əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Azərbaycana qaytarılıb.

Ayşən Mustafa
Globalinfo.az