Ermənistanda saxlanılan hərbçimizlə bağlı qərar – TƏCİLİ

21:39

Fevral ayının 28-də yolu azaraq Ermənistan tərəfə keçən azərbaycanlı hərbçi Ruslan Pənahov haqda qərar verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Dığ kəndi yaxınlığında ermənilər tərəfindən saxlanılan azərbaycanlı hərbçiyə qarşı başladılan cinayət təqibi dayandırılıb.

Belə ki, Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurora vəsatət göndərilib və vəsatət təmin edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, azan hərbi qulluqçuların tez bir zamanda geri qaytarılması ilə bağlı Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən, eyni zamanda xoşməramlı jest olaraq, Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edilib.

Əliyar Xəlil
Globalinfo.az