Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, o, ev dustaqlığına buraxılıb.
Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.
Qeyd edək ki, onun barəsində ibtidai istintaq başa çatıb, yekun ittiham elan edilib.