“Ermənistan silah-sursat almaq üçün Rusiyaya milyonlarla dollar ödəyib, lakin heç nə ala bilməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan məsələnin fərqli istiqamətdə həlli üçün müzakirələrin aparıldığını bildirib:
“Problemin hansı mexanizmlə həll edilə biləcəyi haqda düşünürük. Variantlardan biri odur ki, Rusiyaya ödənilən məbləğ Ermənistanın borcundan silinsin. Beləliklə Moskvaya borcumuzun həcmi azalsın. Bu yeganə variant deyil. Anlayırıq ki, hazırda Rusiyanın özünə də silah lazımdır. Ümid edirəm ki, məsələ ilə bağlı müzakirələr müsbət nəticə verəcək”.
Əliyar Xəlil
Globalinfo.az